İran XİN sözçüsünün Qəzzada “soyqırım anatomiyası” ilə bağlı mesajı

İran XİN sözçüsünün Qəzzada “soyqırım anatomiyası” ilə bağlı mesajı

Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT məruzəçisinin Qəzzada sionist rejimin törətdiyi soyqırım ilə bağlı açıqlamasına münasibət bildirərək yazıb: “Milli hökumətlər və beynəlxalq siyasi və hüquqi qurumlar indi təkcə dünya ictimai rəyinin deyil, həm də tarixin mühakiməsi ilə qarşılaşıblar.”

Cümə axşamı Nasir Kənani Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Sionist rejimin fələstinlilərə qarşı törətdiyi soyqırım cinayəti hazırda BMT-nin xüsusi məruzəçisi tərəfindən təsdiqlənib və vurğulanıb.”

N. Kənani əlavə edib: “Milli hökumətlər və beynəlxalq siyasi və hüquqi birliklər və qurumlar indi təkcə dünya ictimai rəyinin deyil, həm də tarixin mühakiməsi ilə qarşılaşıblar. Onlar insani, hüquqi və tarixi məsuliyyətlərini yerinə yetirəcəklərmi?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =