İran XİN: Vaşinqtonun sanksiya təzyiqinə müqavimət göstərəcəyik

ABŞ-nin İrana qarşı sanksiyaları inkişaf etməkdə olan ölkələr arasındakı münasibətləri pozmağa yönəlib, Tehran Vaşinqtonun iqtisadi təzyiqinə müqavimət göstərəcək.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmayıl Bəqai bildirib.
İ.Bəqai qeyd edib ki, Xarici İşlər Nazirliyi İran və bir sıra digər dövlətlərin fiziki və hüquqi şəxslərinə qarşı ABŞ-nin yeni sanksiyalarını qətiyyətlə pisləyir.
O bildirib ki, ABŞ-nin son məhdudlaşdırıcı tədbirləri Vaşinqtonun “iqtisadi terrorizm vasitəsilə inkişaf etməkdə olan ölkələr arasında dostluq münasibətlərini pozmağa” çalışdığını göstərir.