İran yeni zənginləşdirmə mərkəzi quracağını açıqladı!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) qəbul etdiyi qərara cavab olaraq təhlükəsiz zonada yeni uran zənginləşdirmə mərkəzi quracağını bəyan edib. İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı bu addımın siyasi motivli qərara cavab olduğunu bildirib.
Məlumata görə, Fordo zənginləşdirmə mərkəzində birinci nəsil sentrifuqlar daha müasir altıncı nəsil sentrifuqlarla əvəz olunacaq. İran rəsmiləri əlavə tədbirlərin də planlaşdırıldığını və yaxın zamanda açıqlanacağını qeyd ediblər.