İrana qarşı qara təbliğat aparan şəxs edam edildi

İrana qarşı qara təbliğat aparan şəxs edam edildi

Ölkə xaricində sosial mediada İran İslam Respublikasına qarşı təbliğat aparan Mossad agenti Ruhullah Zam bu gün səhər edam edilib.

Qeyd edək ki, İsrail, Səudiyyə və İslam İnqilabı əleyhdarı olan təşkilatlar üçün fəaliyyət göstərən Ruhullah Zam 2019-cu ilin oktyabrında ölkə xaricində aparılan kəşfiyyat fəaliyyətləri nəticəsində tutularaq, ölkəyə gətirilmişdi.

Sosial media platformu olan Teleqramda “Amad News” adlı kanal quran, özünü jurnalist kimi təqdim edən Ruhullah Zam xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edərək illərdir İrana qarşı qara təbliğat aparırdı.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 8 =