İranda da Aşura mərasimləri baş tutdu – Video|Foto
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasında da xalq Aşura günü ilə əlaqədar şəhidlər ağası İmam Hüseynə (ə) əza saxlamışlar.
Artıq ikinci ildir ki, koronavirusla bağlı Məhərrəmlik mərasimləri xüsusi şəraitdə və tibbi protokollara riayət edilməklə qeyd edilir. Aşura gecəsi ilə bir çox böyük heyətlərdə mərasimlər keçirildi. Aşura gecəsi keçirilən mərasimlərdən biri də, “Əşireye-Aşura” heyətinin keçirdiyi Mahmud Kərimi, Hənif Tahiri kimi məddahların və prezident Ayətullah Seyid İbrahim Rəisinin də iştirak etdiyi böyük əzadarlıq mərasimi idi. Prezident Rəisi bu mərasimdə çıxış edib.
Bundan başqa İranın Bircənd, Xürrəmabad, Urmiya, Ərdəbil, Yəzd, Qorqan, Qəzvin və s. şəhərində də Aşura mərasimləri keçirilmişdir.