İranda hərbi təlimlərdə bir hədəf eyni zamanda 16 ballistik raketlə vurulub-VİDEO

İranda hərbi təlimlərdə bir hədəf eyni zamanda 16 ballistik raketlə vurulub-VİDEO

İranda Fars Körfəzi və Hörmüz boğazı sahillərində keçirilən “Peyambəre Əzəm -17” hərbi təlimləri çərçivəsində bir hədəfə eyni zamanda 16 ballistik raket atılıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İranın İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) keçirdiyi “Peyambəre Əzəm -17” hərbi təlimlərinin sonüncü günündə bir hədəf eyni zamanda 16 ballistik raket rəfəindən vurulub.

Bildirilib ki, bu atışda “Zülfüqar”, “İmad”, “Qədr”, “Siccil”, “Zilzal” və “Dezful” kimi qısa, orta və uzaq mənzilli ballistik raketlərdən istifadə edilib və hədəf dəqiq vurulub.

Bu hərbi təlim çərçivəsində daha bir hədəf eyni zamanda İranın 10 müxtəlif PUA-sı tərəfindən vurulub.

Hərbi təlimlərin sonuncu günündə ölkə mətbuatına müsahibə verən İranın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri bu atışların İsrailə bir mesaj olduğunu deyib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − seven =