İranda iki mindən çox qeyri-hərbi məhsul istehsal olunub

İranda iki mindən çox qeyri-hərbi məhsul istehsal olunub

İran MN-in texnoloji köməyilə 2 mindən çox qeyri-hərbi məhsul istehsal edilib

İran müdafiə nazirliyinin sözçüsü deyib: Özəl sektora dəstək və İran müdafiə nazirliyinin köməyi ilə iki mindən çox müdafiə məhsulunun istehsalı icra mərhələsində qərar tapıb.

Briqada generalı pasdar Rza Təlayi-Nik deyib: Ötən on bir ay ərzində müdafiə nazirliyi özünün tədqiqat layıhələrinin səksən üç faizini başa vurub. Bu layihələrin qırx bir faizi istehsal dövriyyəsinə daxil olub. Onlarla müdafiə məhsulu və sistemi də sənayeləşmə dövriyyəsində qərar tapıb.

İran müdafiə nazirliyi sözçüsünün dediyinə görə, tədqiqat və texnologiya layihələrinin altmış dörd faizindən çoxu min iki yüz startap şirkətin iştirakı ilə, icra mərhələsinə çatıb. Süni intellekt və yenicə meydana gəlmiş sistemlər üzrə sahələr məhsulları tədricən əməliyyat mərhələsinə keçəcək modern sahələr olublar.

Ümumiyyətlə çəkindiricilik prinsipinə söykənən İran İslam Respublikasının müdafiə doktrinası inkişaf edib. Real çəkindiriciliyin yaradılması istiqamətində/ təchiz edilmiş güclü silahlı qüvvələrə, həmçinin mötəbər silah və hərbi bacarığa malik olmaq əsas rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =