İranda koronavirusdan ölənlərin sayı artıb
İranda son 24 saat ərzində koronavirusun yaratdığı fəsadlardan 182 nəfər ölüb, ölənlərin ümumi sayı 86.041-ə çatıb.
Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadatlari açıqlama verib.
“Ötən gün ərzində 20 829 yeni COVID-19-a yoluxma aşkar edilib. Ölkədə ümumilikdə 3.041.541 yoluxma qeydə alınıb, onlardan 3.041.541-i sağalıb.
3790 xəstənin vəziyyəti kritikdir”, deyə Səhiyyə Nazirliyinin sözçüsü bildirib.
Salamnews