İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

İran hökuməti ölkə parlamentinin nüvə sazişindəki öhdəliklərin azaldılması ilə bağlı qərarına mühafizəkarlıqla yanaşır.

SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın Prezident Administrasiyasının sözçüsü Əli Rəbii ölkə parlamentinin nüvə sazişinin öhdəliklərinin azaldılması ilə bağlı səsverməsinə mühafizəkarlıqla yanaşıb.

O bildirib ki, ölkə parlamenti “sanksiyaların ləğvi və zərərsizləşdirilməsi” ilə bağlı qanunda dəyişiklik etməklə sanksiyaları ləğv edə bilməyəcək. Əli Rəbiinin sözlərinə görə belə strateji addımları atmaq ölkənin Milli Təhlükəsizlik Şurasının öhdəsindədir və onun qərarı ilə təsdiqini tapmalıdır.

Qeyd edək ki, nüvə alimi Möhsün Fəxrizadənin terrora məruz qalmasından sonra İran Parlamenti “sanksiyaların ləğvi və zərərsizləşdirilməsi” ilə bağlı qanun layihəsində dəyişiklikləri təsdiqləyib və uranın 20 faizə qədər zənginləşdirilməsinin icazəli olduğunu bildirib. Parlamentin səs verdiyi layihəyə əsasən İran nüvə sazişi fonunda könüllü şəkildə öhdəsinə götürdüyü “əlavə protokol”un icrasını həyata keçirməyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 6 =