İranda prezident seçkilərinin qalibi İbrahim Rəisi Səudiyyə Ərəbistanını Yəmən müharibəsini dayandırmağa çağırıb
“Yəmən yəmənilər tərəfindən idarə edilməlidir. Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə qarşı müharibəni dayandırmalıdırlar.”
Bunu İran prezident seçkilərinin qalibi İbrahim Rəisi bu gün keçirilən mətbuat konfransında deyib.
İranın gələcək xarici siyasəti və regiondakı proseslərlə bağlı mövqeyini açıqlayan İbrahim Rəisi Yəmən müharibəsinə də toxunub və Səudiyyə Ərəbistanından bu müharibəni dayandırmağı tələb edib.
O bildirib ki, Yəməni yəmənlilər idarə etməlidir.
Rəisi həmçinin qonşu ölkələrlə əlaqələrin yaxılaşdırılmasının siyasətinin prioriteti olduğunu deyib və Səudiyyə Ərəbistanı ilə əlaqələrin normallaşdırılması və səfirliklərin qarşılıqlı şəkildə açılmasını istəyib.
Salamnews