İranda qadınlara qarşı çoxsaylı cinayət törədən şəxs edam olunub

İranda “iki yüzdən çox qadına qarşı təcavüz və təqib etməkdə” ittiham olunan Məhəmməd Əli Salamat Həmədanda edam olunub.
Bildirilib ki, Məhəmməd Əli Salamat barəsində verilən edam hökmü noyabrın 12-də Həmədan şəhərində “Behişt bağı”nda insanların gözü qarşısında icra olunub.
Məlumata görə, o, iki yüzdən çox cinayəti təkbaşına törədib.