İranda Qasim Süleymaninin ildönümü ilə bağlı ilk rəsmi mərasim keçirilib (FOTO)

İranda Qasim Süleymaninin ildönümü ilə bağlı ilk rəsmi mərasim keçirilib (FOTO)

Bu gün İranın paytaxtı Tehranda general Qasim Süleymaninin terrora məruz qalmasının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu gün Tehranda Qasim Süleymaninin birinci ildönümü ilə bağlı anım mərasiminə yerli siyasi və hərbi rəsmilərlə yanaşı xarici dövlətlərin nümayəndələri və bir sıra siyasi hərəkatların liderləri də qatılıblar.

Bu mərasimdə İranın Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, ölkənin İslam İnqilabının Keşikçilər Ordusunun komandanı Hüseyn Səlami, Sepah-ın Qüds Korpusunun komandanı İsmayıl Qəani, Suriya, Livan, Fələstin, İraq və Yəmənin bır sıra rəsmiləri və hərəkat liderləri qatılıblar.

Qeyd edək ki, general Qasim Süleymani, İraqın Haşd-Şabi qüvvələrinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndis və digər 7 hərbi rəsmi 2020-ci ilin yanvar ayının 3-də Bağdadın beynəlxalq hava limanından çıxan zaman ABŞ tərəfindən terrora məruz qalıblar. ABŞ prezidenti bu hücum haqda əmr verdiyini bildirəndən sonra İran cavab addımı atıb və ABŞ-ın İraqda iki bazasını ballistik raketlərlə hədəfə alıb. İran intiqam addımlarının davam edəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − ten =