İranda Şəhidlər Nəsrullah və Səfiəddinin anım mərasimləri

Bazar günü axşam Tehran və İranın müxtəlif yerlərində şəhidlər Nəsrullah və Səfiəddinin anım mərasimi keçiriləcək.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, İslami Təbliğat Koordinasiya Şurası öz bəyanatında bildirib ki, “23 fevral bazar günü axşam namazından sonra Beyrutda şəhidlər Seyyid Həsən Nəsrullah və Seyyid Haşim Səfiəddinin dəfn mərasimi ilə eyni vaxtda, Tehranın hər yerində bu şəhidlərin xatirəsi anım mərasimləri keçiriləcək.
Şuranın bəyanatında deyilir: İslami Müqavimət tarixi şücaət, fədakarlıq və cihadla dolu qızıl səhifələr yazır ki, bu səhifələrdə mücahidlər öz qanları ilə İslam ümməti üçün pak və həqiqi həyat yolunu çəkib, Qərbin əxlaqi və insani tənəzzülün zirvəyə çatdığı bir dövrdə insan ruhunun əzəmətini vurğulayırlar.