İranda SpikoGen peyvəndinin klinik sınaqlarının son mərhələsi başladı

İranda SpikoGen peyvəndinin klinik sınaqlarının son mərhələsi başladı

İranda SpikoGen peyvəndinin klinik sınaqlarının 3-cü mərhələsinə start verilib.

Bu barədə İRNA agentliyi Spikogen peyvəndi araşdırma qrupunun rəhbəri Məsud Mərdaniyə istinadən yazıb.

Onun sözlərinə görə, bu mərhələdə 16 800 könüllüyə peyvən vurulacaq.

“Bu peyvənddə rekombinant bir protein var və çox az yan təsirə malikdir. Əvvəlki mərhələlərinin testləri onun effektivliyini və səmərəliliyini göstərib”, deyə o vurğulayıb.

Həmçinin Mərdani onu da qeyd edib ki, hazırda ölkədə bu peyvəndin kütləvi istehsalı üçün lazimi avadanlıq hazırlanıb. 

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 1 =