İrandan Azərbaycana BÖYÜK DƏSTƏK: milyona yaxın…

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir.
Publika.az xəbər verir ki,bunu İranın dini lideri Ayətullah Əli Xameneinin Beynəlxalq Münasibətlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

İran Radio və Televiziya Korporasiyasının Gənc Jurnalistlər Cəmiyyəti xəbər agentliyinə açıqlama verən Vilayəti bildirib ki, beynəlxalq qaydalardan irəli gələn ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmət edirlər: “Bir BMT üzv ölkəsi olaraq bu məsələdə qətiyyətliyik. Münaqişə tərəfləri olan iki ölkə şimal qonşumuzdur. Bir ölkənin ərazisi digər ölkə tərəfindən işğal olunmuş vəziyyətdədir. Azərbaycan Respublikasının cənubdakı 7 şəhəri işğal olunub. Bu məsələ çərçivəsində BMT-də 4 qətnamə imzalanıb. Bütün bunlar Ermənistanın işğal etdiyi əraziləri tərk edərək beynəlxalq formada tanınan sərhədləri daxilinə geri çəkilməlidir”.
O qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalarını istəyirlər: “1 milyona yaxın azərbaycanlı işğal səbəbilə yurdlarını tərk etmək məcburiyyətində qalıb. Bu insanlar öz torpaqlarına geri qayıtmalıdırlar”.