İranın Ərdəbil əyalətində fabrik yanıb, 6 nəfər zəhərlənib

İranın Ərdəbil əyalətində fabrik yanıb, 6 nəfər zəhərlənib

İranın Ərdəbil əyalətinin Nəmin şəhərində “Artplast” fabrikində baş verən yanğın nəticəsində 6 fəhlə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdəbil əyaləti təcili yardım mərkəzinin rəisi Məcid Məhəmməd Qərbiani bildirib.

Hadisənin səbəbi məlum deyil.

Məlumata görə, gecə saatlarında başlayan yanğın səhər nəzarət altına alınaraq söndürülüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =