İranın Ali Rəhbəri: “İnqilabdan əvvəl gizli məclislərdə belə ABŞ-a söz deməyə cəsarət etməyən İran, bu gün ona və dünya güclərinə qarşı əməliyyatlar keçirir” (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei, son çıxışında İranın inqilabdan əvvəlki və indiki siyasi duruşu arasındakı fərqi vurğulayıb. O bildirib ki, İslam İnqilabından öncə İran ABŞ və digər beynəlxalq güclərə qarşı açıq mövqe nümayiş etdirməkdən çəkinirdi. Lakin bu gün İran yalnız siyasi müstəvidə deyil, həm də əməliyyatlar vasitəsilə öz iradəsini ortaya qoyur.
Ayətullah Xamenei deyib:
“İnqilabdan əvvəl bu ölkə ABŞ-a gizli məclislərdə belə söz deməyə cəsarət etmirdi. Bu gün isə İran dünyanın hegemon güclərinə qarşı açıq şəkildə siyasi və operativ fəaliyyət göstərir.”