İranın Ali Rəhbəri: Müsəlmanlar Fələstin məsələsinin unudulmasına imkan verməməlidirlər

İranın Ali Rəhbəri: Müsəlmanlar Fələstin məsələsinin unudulmasına imkan verməməlidirlər

İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei dedi: Bu gün dünyada millətlərə qarşı istifadə edilən qərəzli siyasətlərlə; Fələstinlə bağlı məsələləri unutdurmağa cəhd edilir. Müsəlman xalqları buna imkan verməməlidir. Onlar buna imkan verməməlidirlər.

Ölkənin hər yerindən minlərlə işçi bu şənbə səhəri İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.Onun bu görüşdəki çıxışının ən mühüm məqamları bunlardır:

Bu gün dünyada millətlərə qarşı qərəzli siyasətlər tətbiq edilir; Fələstinlə bağlı məsələlərin unutdurulmasına cəhd edilir. Müsəlman xalqları buna imkan verməməlidir. Onlar buna imkan verməməlidirlər. Müxtəlif söz-söhbətlərlə, cürbəcür sözlərlə, yeni mövzular, yeni yersiz, mənasız sözlər gündəmə gətirməklə, insanların diqqətini Fələstin məsələsindən yayındırmağa çalışırlar. Diqqətlər Fələstin məsələsindən yayınmamalıdır.

Sionist rejimin Qəzzada, Fələstində törətdiyi cinayət diqqətdən kənarda qalacaq bir şey deyil. Bütün dünya buna qarşı durmalıdır.

Onlar həm sionist rejimin özünə, həm də sionist rejimin tərəfdarlarına qarşı durmalıdırlar… Amerikalılar sözün əsl mənasında onları dəstəkləyirlər. İndi siyasət aləmində əksini düşünə biləcək şeylər danışılır, amma məsələnin reallığı bu deyil. Reallıq budur ki, məzlum Fələstin xalqı, məzlum Qəzzə xalqı bu gün təkcə sionist rejimlə deyil, həm də Amerika və İngiltərə ilə üz-üzədir.

Mənim inancım budur ki, Allahın köməyi, Allahın izzəti və cəlalı ilə Fələstin sionist işğalçılar üzərində qələbə çalacaqdır. Bu baş verəcək.

Batilin bir cövlanı var, bir neçə günə cilvələnir, amma keçib gedəcək, mütləq keçib gedəcək, buna şübhə yoxdur. Müşahidə olunan bu hadisələr, indi Suriyada və başqa yerlərdə işlər görüb, irəliləyiş əldə edirlər, gücdən yox, zəiflikdən xəbər verir və inşallah daha böyük acizliyə səbəb olacaq.

Ümid edirik ki, İran milləti və mömin xalqlar bu günə, Fələstinin işğalçıları və qəsbkarları üzərində Fələstinin qələbə çalacağı günə, inşallah, öz gözləri ilə şahid olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =