İranın Almaniyadakı Mədəniyyət Mərkəzi bağlanıb
Almaniya Daxili İşlər Nazirliyi İranın Hamburqdakı İslam Mədəniyyət Mərkəzini bağlayıb və əmlakını müsadirə edib.
” “İran İnternational” xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nenesi Pfayzer bildirib.
Vurğulanıb ki, mərkəz İslam Respublikası ideologiyasını təbliğ etməkdə, Livanın “Hizbullah” qruplaşmasını dəstəkləməkdə ittiham olunur. Bu fəaliyyət Almaniya konstitusiyasına ziddir.
Nazirin sözlərinə görə, mərkəz “antisemit” fəaliyyətlə də məşğul olub.
Məlumata görə, Hamburqdakı İranın İslam Mədəniyyət Mərkəzinin yeddi torpaqdakı 54 binasında axtarış aparılıb.