İranın Azərbaycandakı səfiri bölgədəki siyasətlərini açıqladı

İranın Azərbaycandakı səfiri bölgədəki siyasətlərini açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi twitter səhifəsində yazıb: “İran bölgədə sülhü, sabitliyi və inkişafı gücləndirmək üçün regional bir mexanizm yaratmaq təşəbbüsünü dəstəkləyir.”

İran səfiri belə əlavə edib: “Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan və Gürcüstan) üstəgəl üç böyük qonşu ölkə (İran, Türkiyə və Rusiya) bölgənin mənafeyi uğrunda əməkdaşlıq edə bilərlər.”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif keçən il Bakı, İrəvan, Tbilisi, Moskva və Ankaraya səfəri zamanı 3+3 bölgə mexanizmini təklif etmiş və bu, Qafqaz ölkələri, Rusiya və Türkiyə tərəfindən müsbət qarşılanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − one =