İranın Bəlucistan əyalətində Sepah 23 silahlını öldürüb, 46-sını həbs edib
İranın Sistan və Bəlucistan əyalətində keçirilən əməliyyat nəticəsində 23 silahlı öldürülüb, 46-sı həbs olunub.
Bunu “Təhlükəsizlik şəhidləri” əməliyyatının nümayəndəsi Əhməd Şafai bildirib.
Onun sözlərinə görə, daha yeddi silahlı təslim olub.
Xatırladaq ki, bu əyalətdə İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə silahlılar arasında atışmada üç hərbçi ölüb.