İranın Bəndər Abbas limanında güclü partlayış: Yüzlərlə yaralı var

Bu gün İranın cənubundakı Bəndər Abbas limanında güclü partlayış baş verib. İlkin məlumata görə, partlayış nəticəsində 406 nəfər xəsarət alıb.
Bu gün İranın cənubundakı Bəndər Abbas limanında güclü partlayış baş verib.
İranın Fövqəladə Hallar Xidmətinin sözçüsü bildirib ki, indiyədək partlayış nəticəsində 406 nəfər xəsarət alıb.
Tasnim xəbər agentliyinin məlumatına görə , partlayış o qədər güclü olub ki, bir inzibati bina tamamilə dağılıb.
Partlayış nəticəsində ərazidəki bir çox avtomobilə də ziyan dəyib. Əvvəlcə yanacaq çənindən meydana gəldiyi deyilən partlayışın sonradan limanda konteynerin partlaması nəticəsində baş verdiyi müəyyən edilib.
Hadisədən dərhal sonra bölgəyə yanğınsöndürənlər və təcili xilasetmə qrupları göndərilib.
Bölgənin təhlükəsizlik və yardım qüvvələrini nəzarət altına almaq üçün liman fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Böhran İdarəetmə Komitəsi dərhal Bəndər Abbasdakı bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edib.
İran Milli Neft Emalı və Paylama Şirkəti açıqlamasında partlayışın bölgədəki şirkətə məxsus neft emalı zavodları, yanacaq anbarları, paylayıcı kompleks və ya neft boru kəmərləri ilə bağlı olmadığını bildirib.
Açıqlamada qeyd olunub ki, Bəndər Abbas bölgəsindəki obyektlər hazırda fasiləsiz işləyir.