İranın BMT-dəki daimi nümayəndəsinin İsrailin İrana qarşı müharibəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının ikinci təcili iclasında çıxışı

İranın BMT-dəki daimi nümayəndəsinin İsrailin İrana qarşı müharibəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının ikinci təcili iclasında çıxışı

“İran İslam Respublikası dəfələrlə ölkəmizin dinc nüvə obyektlərinə qarşı təhlükələrlə bağlı xəbərdarlıq etsə də, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru indiyədək heç bir addım atmayıb. Bu səssizlik Agentliyin nüfuzunu, qərəzsizliyini və səlahiyyətini sarsıdır. Agentlik, nəzarət altındakı obyektlərə hücumlara qarşı susmamalıdır. Bu passivliyə son verilməlidir.”

“İsrail rejimi açıq şəkildə bildirib ki, bu hücumlar lazım gəldiyi qədər davam edəcək.”

“Biz, ABŞ-ın – Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) əsas zəmanətçilərindən biri olaraq – bu müharibəyə qatılacağı ilə bağlı etibarlı məlumatlardan dərin narahatlıq duyuruq. Belə bir dəstək, NPT-nin kobud şəkildə pozulması və qlobal təhlükəsizliyə ciddi təhdiddir.”

“ABŞ və Fransanın beynəlxalq hüquqa münasibətdə seçmə yanaşması – lazım gəldikdə istinad, başqa hallarda isə görməzlikdən gəlmək – açıq-aşkar struktur riyakarlığıdır və bu, həm Təhlükəsizlik Şurasının, həm də beynəlxalq hüququn etibarına ciddi zərbə vurur.”

“Açıq şəkildə bəyan edirik:”

İranın nüvə proqramı tamamilə dinc məqsədlidir və dünyanın ən geniş nəzarəti altında Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən izlənilir;

İran daim Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasının tərəfdarı olub;

İsrail rejimi bölgədə yeganə elan edilməmiş nüvə silahına sahib ölkədir, NPT-yə qoşulmaqdan imtina edib və nüvəsizləşdirmə səylərinin qarşısını alır.

“Hörmətli sədr, İsrailin bu təcavüzü BMT Nizamnaməsinin pozulmasıdır:”

Bu təcavüz, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində qeyd edilən zorakılıqdan çəkinmə prinsipini pozur;

İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyü pozulub;

Beynəlxalq humanitar hüquq, insan hüquqları və xalqımızın yaşamaq və təhlükəsizliyə olan hüququ hədəfə alınıb və pozulub.

“Bu rejim müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və dövlət terrorizmi törədib. Nəzarət altında olan nüvə obyektlərinə hücumlar qlobal təhlükəsizliyi üçün təhlükəli bir presedent yaradır.”

“Hazırkı gərgin vəziyyət, ABŞ-ın bu qeyri-qanuni və təcavüzkar müharibədə artan və inkar edilməz şəkildə iştirak etməsi ilə daha da şiddətlənir. ABŞ, İranın nəzarət altında olan nüvə obyektlərinə açıq şəkildə hücumla hədələyir. Bu, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə və dövlətlərin suveren bərabərliyi prinsipinə açıq-aşkar ziddir. Belə məsuliyyətsiz davranışlar – xüsusilə Təhlükəsizlik Şurasının daimi üzvü və beynəlxalq sülh və təhlükəsizliyə cavabdeh olan ölkənin ən yüksək səviyyəli rəsmisi tərəfindən – qəbuledilməzdir.”

“İran, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni özünümüdafiə hüququndan istifadə edib. Əməliyyatlarımız beynəlxalq hüquq və humanitar hüquqla tam uyğunluqdadır, mülki vətəndaşların qorunması üçün bütün lazımi tədbirlər görülüb. Təhlükəsizlik Şurası öz əsas vəzifəsini yerinə yetirməyənədək və İsrailin təcavüzü tam və qeyd-şərtsiz şəkildə dayandırılmayana qədər, İran bu hüquqdan istifadəni davam etdirəcək.”

“Təhlükəsizlik Şurası dərhal tədbir görməlidir. Bir daha tələb edirik ki, Şura:”

İsrailin İrana qarşı qeyri-qanuni güc tətbiqini və silahlı hücumlarını sülhün pozulması və təcavüz aktı kimi tanısın (BMT Nizamnaməsinin 39-cu maddəsinə əsasən);

BMT Nizamnaməsinin VII fəsli üzrə təcavüzü dayandırmaq və onun təkrar olunmasının qarşısını almaq üçün icbari tədbirlər görsün;

İranın suverenliyinin pozulmasını və nəzarət altındakı nüvə obyektlərinin hədəf alınmasını açıq şəkildə qınasın;

Münaqişənin bölgədə genişlənməsi, xüsusilə üçüncü ölkənin qeyri-qanuni iştirakı təhlükəsini araşdırsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =