İranın BMT-dəki nümayəndəliyi: Soyqırımçı İsrail rejiminin cinayətləri misilsizdir
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi 2023-cü ilin oktyabrından indiyədək Qəzzədə 41 minə yaxın insanın şəhid olduğunu xatırladaraq deyib: “Soyqırımçı İsrail rejiminin cinayətləri misilsizdir.”
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi çərşənbə axşamı bildirib: “Dırnaqarası əxlaqlı ordu əksəriyyəti qadın və uşaqlardan ibarət 41 minə yaxın fələstinlini vəhşicəsinə qətlə yetirib və onlardan 10 mindən çoxunun şəxsiyyəti məlum deyil.”
https://img9.irna.ir/d/r2/2024/08/20/0/171351831.mp4?ts=1724182827398
İranın BMT-dəki nümayəndəliyi əlavə edib: “Soyqırımçı İsrail rejiminin cinayətləri misilsizdir. Görün, fanatiklər əxlaqı özlərinə məxsus şəkildə necə tərif ediblər.”
Qəzzənin Səhiyyə Nazirliyi bu zolağda müharibə başlayandan (7 oktyabr 2023) Qəzzədə şəhidlərin sayının 40 min 500, yaralı sayının isə 92 min 401 nəfərə çatdığını açıqlayıb. Bu şəhidlərin 33 faizi uşaqlar, 8,6 faizi qocalar, 18,4 faizi isə qadınlardır.