İranın BMT-dəki nümayəndəliyinin bir ittihama reaksiyası

İranın BMT-dəki nümayəndəliyinin bir ittihama reaksiyası

İranın BMT-dəki nümayəndəliyi xaricdə müxaliflərinə sui-qəsd planı ilə bağlı İran İslam Respublikasına qarşı ittihamları və xəbərləri rədd edib, bunu sionist rejim və münafiqlər terror qrupu tərəfindən hazırlanmış bir ittiham olduğunu bəyan edib.

İran İslam Respublikasının nümayəndəliyi cümə axşamı ölkəmizin xaricdə müxaliflərə sui-qəsd planlaşdırmaqda ittiham olunmasına dair sualları cavablandırarkən deyib: “İran İslam Respublikasının Qərbdə və ya başqa bir ölkədə terror və ya adam oğurluğu əməliyyatları üçün heç bir məqsədi və planı yoxdur.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi əlavə edib: “Bu xəbərlər sionist rejimin cinayətlərini ört-basdır etmək üçün sionist rejimi və Albaniyada yerləşən münafiqlərin terrorçu sektası, həmçinin bəzi qərb kəşfiyyat xidmətləri, o cümlədən ABŞ tərəfindən yaradılır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 8 =