İranın cənub sularında Çin, İran və Rusiyanın birgə təlimləri başlayıb

İranın cənub sularında Çin, İran və Rusiyanın birgə təlimləri başlayıb

Çinin Müdafiə Nazirliyi bu gün elan edib ki, bu ölkə İran və Rusiya ilə birlikdə bu gündən etibarən Oman körfəzində beş günlük müştərək dəniz təlimlərinə başlayacaq.

İRNA-nın məlumatına görə, Çin Müdafiə Nazirliyinin bəyanatında deyilir: Rusiya, Çin, İran və digər ölkələrin silahlı qüvvələri arasında əldə olunmuş razılaşmalara əsasən, Oman körfəzində martın 15-dən etibarən “Dəniz təhlükəsizlik kəməri 2023” adı birgə dəniz təlimi keçiriləcək və martın 19-a qədərdavam edəcək.”

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, bu birgə təlim 2019 və 2022-ci illərdə keçirilib.

Çinin “Nanninq” raket atan esminesi bu təlimdə iştirak edir.

Bu bəyanata görə, bu birgə təlim iştirakçı ölkələrin dəniz qüvvələri arasında əməkdaşlığın inkişafına və dəniz təhlükəsizliyinin təmin edilməsinə birgə hazırlığın artırılmasına və regional sülh və sabitlik üçün müsbət enerjinin yaradılmasına kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =