İranın Cenevrədəki səfiri Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətinin sədri oldu
Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin 350-ci iclası İranın Cenevrədəki səfirinin sədrliyi ilə başlayıb.
BƏT-in 350-ci Direktorlar Şurasının silsilə iclası İran İslam Respublikasının Cenevrədəki səfiri Əli Bəhreyninin sədrliyi ilə 187 ölkənin nümayəndələri və beynəlxalq işçi və işəgötürənlər həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə başlayıb.
Hüquqi məsələlər və beynəlxalq əmək standartlarına həsr olunmuş bu iclasda BƏT-in İdarə Heyəti təşkilatın nizamnaməsi, müxtəlif normativ aktları, BƏT-in üzv ölkələrdə statusu, digər beynəlxalq təşkilatlarla bağlanmış hüquqi müqavilələr, habelə BƏT-in standart fəaliyyətinə aid məsələlər, o cümlədən konvensiyalar və tövsiyələr üçün hesabat formalarının təsdiqi, insan hüquqlarının müdafiəsi ilə bağlı hesabat vasitələrinin və tədbirlərin seçilməsi iclasın gündəliyinə salınıb.