İranın Çindəki səfiri Çinin uyğurlar yaşayan bölgəsinə səfər edib, onların problemləri ilə maraqlandı – Fotolar

İranın Çindəki səfiri Çinin uyğurlar yaşayan bölgəsinə səfər edib, onların problemləri ilə maraqlandı – Fotolar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Çindəki və Monqolustandakı səfiri Məhəmməd Keşavərzzadə twitter mesajında ​​uyğurların yaşadığı müsəlman bölgəsi olan Çinin Sincan Uyğur Muxtar Rayonuna səfər etdiyini açıqlayıb.

Səfir öz təəssüratlarını bölüşərkən belə qeyd edib: “Dörd saatlıq uçuşdan sonra İpək Yolu üzərindəki əzəmətli mədəniyyət mübadiləsi dövrünü xatırladan İran və Çinin ortaq mədəni simvollarına sahib olan çox gözəl və inkişaf etmiş bir şəhər olan Sincan Muxtar Vilayətinin paytaxtı Urumçiyə gəldik və “Aq” məscidində günorta namazını qıldıq.”

Qeyd edək ki, ABŞ və bəzi Avropa ölkələri bu yaxınlarda Sincan bölgəsindəki uyğur milli azlıqlarının hüquqlarının pozulduğunu iddia edərək Çinə qarşı sanksiyalar tətbiq etmişdilər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çanyinq da bu yaxınlarda bir mətbuat konfransında belə deyib: “Uyğurlarla bağlı məsələ irqi, dini və ya insan hüquqları mövzusu deyil, separatizm, şiddət və terrorizmə qarşı mübarizə məsələsidir. Əslində ABŞ üçün uyğurlar əhəmiyyətli məsələ deyildir. Amerika yalnız Çinin təhlükəsizliyini və sabitliyini pozmağa və inkişafını ləngitməyə çalışır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =