İranın Gilan əyalətində terror törətməkdə şübhəli bilinən altı silahlı saxlanılıb
İranın Gilan əyalətinin Fuman şəhərində terror törətməkdə şübhəli bilinən silahlı dəstənin altı üzvü saxlanılıb.
Bu barədə Fuman şəhərinin polis rəisi polkovnik Məcid Tağızadə bildirib.
Polis rəisi deyib ki, saxlanılan şəxslər 21-48 yaşlarındadırlar. Onların üzərindən tapança, 40 güllə, qaz balonu müsadirə edilib.
M.Tağızadə vurğulayıb ki, şübhəlilər əşyaları ilə birlikdə məhkəməyə təhvil verilib.