İranın göndərdiyi 29 milyon litr yanacağın Livana daxil olacağı bildirilir

İranın göndərdiyi 29 milyon litr yanacağın Livana daxil olacağı bildirilir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livanda nəşr olunan “Əl-Əxbar” qəzeti, İrandan mazut idxalı məsələsinin hələ də araşdırıldığını və İran gəmisinin Livana gəlməsinin dəqiq tarixi ilə bağlı qeyri-müəyyənliklərin olduğunu bildirsə də, məlumatlar ilk gəminin tezliklə Livan bazarına daxil olacağını göstərir.

Əl-Əxbar hesabatının davamında yazıb: “Önümüzdəki günlərdə Livana daxil olacaq 29 milyon litr İranın mazut yanacağı “Əl-Əmanə” şirkəti tərəfindən iki mərhələdə paylanacaqdır. Birinci mərhələ bu yanacağın özəl və dövlət xəstəxanalarında, klinikalarda və zəruri məhsullar istehsal edən bəzi fabriklərdə paylanması ilə əlaqədardır, ikinci mərhələyə isə bələdiyyələr və özəl sektor istehsalçıları daxildir.

Qeyd edək ki, İran yanacaq gəmilərinin Livana gəlişi xəbəri keçən həftə bölgədə və dünyada əhəmiyyətli xəbərlərdən biri olmuşdur. İlk gəminin Livana daxil olması xəbəri təsdiqləndikdən sonra media vasitələri Livana yanacaq daşıyan ikinci və üçüncü gəmilərin də Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah tərəfindən sifariş edildiyini xəbər vermişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + six =