İranın hərbi gəmiləri Atlantik okeanına daxil olub (VİDEO)

İranın hərbi gəmiləri Atlantik okeanına daxil olub (VİDEO)

İranın “Səhənd” və “Makran” hərbi gəmiləri Atlantik okeanına daxil olub.

Bu barədə ölkə ordusunun Koordinasiya mərkəzinin komandan müavini kontr-admiral Həbibulla Səyyari məlumat verib.

İran hərbi rəsmisi bildirib ki, “Səhənd” destroyeri və “Makran” gəmisi ötən günlərdə heç bir ölkənin limanında dayanmadan hərəkət edib və bu gün Atlantik okeanı sularına daxil olub.

Qeyd edək ki, bu gəmilərin məqsədi Venesueladır.

ABŞ mənbələri bundan öncə İran hərbi gəmilərinin Venesuela istiqamətində üzməsi haqda xəbərdarlıq etmişdilər.

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − five =