İranın hərbi məsləhətçisinin Suriyada şəhid olmasına reaksiyalar

İranın hərbi məsləhətçisinin Suriyada şəhid olmasına reaksiyalar

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin müşavirlərindən biri, Suriyada müqavimət qüvvələrinə hərbi məsləhət verməkdə fəal iştirak edən Keşikçilər briqadası generalı Seyid Rəzi Musəvi bazar ertəsi sionist rejimin Dəməşqin Zeynəbiyyə məhəlləsinə hücumu zamanı şəhid olub.

Seyid Rəzi ləqəbi ilə tanınan general Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin köhnə məsləhətçilərindən və müqəddəs müdafiə dövrünün döyüşçülərindən biri və  İraqın Bəəs rejiminə qarşı bir çox əməliyyatlarda döyüşçülərin yanında olan SEPAH-ın cəsur komandiri idi.

Sərdar Musəvinin şəhadətindən sonra İranın icra, məhkəmə və qanunvericilik orqanlarının rəhbərləri ayrı-ayrı mesajlarda sionist rejimin Suriyaya vəhşicəsinə hücumlarını pisləyərək, general musəvinin şəhadəti ilə bağlı başsağlığı veriblər.

Prezident Seyid İbrahim Rəisi vurğuladı: Bu hərəkət, şübhəsiz ki, bölgədəki qəsbkar sionist rejimin məyusluğu və acizliyinin başqa bir əlamətidir və mütləq bu cinayətin əvəzini ödəyəcəkdir.

Bir qrup tələbə və Tehran əhalisi bazar ertəsi gecəsi Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşaraq şəhid Sərdar Seyid Rəzi Musəvinin qanının qisasının sionist rejimdən alınmasını tələb ediblər.

Eyni zamanda, bir sionist media SEPAH-ın baş müşaviri Sərdar Seyid Rəzi Musəvinin öldürülməsinə reaksiyası ilə bağlı bu rejimin hakimiyyət orqanlarının hədsiz narahatlığını və qorxusunu açıqlayıb.
Sionist “Jerusalem Post” qəzeti işğalçı İsrail rejiminin rəsmilərinə istinad edərək yazıb: Bu rejim ordusu İran İslam Respublikasının mümkün cavabı, o cümlədən raket hücumu ehtimalı üçün hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eighteen =