İranın hücumundan sonra İsrailin bu silahlarına marağı artıb

İranın hücumundan sonra İsrailin bu silahlarına marağı artıb

Bir neçə ölkə keçən ay İranın raket hücumunu uğurla dəf edən İsrailin “Arrow” müdafiə sistemini almaqda maraqlı olduğunu bildirib.

Bu barədə raketdən müdafiə sistemini hazırlayan Israel Aerospace Industries (IAI) şirkətinin rəhbəri Boaz Levi Reuters agentliyinə bildirib.

Qeyd edək ki, “Arrow” İsrail tərəfindən ABŞ ilə birgə hazırlanıb. Sistem uçuş məsafəsi 3000 km-ə qədər olan ballistik raketlərə qarşı effektivdir.

“Arrow” ballistik raketləri tutmağa qadir olan “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərindən ibarətdir. 2023-cü ilin avqustunda İsrail ABŞ-dan razılıq aldıqdan sonra “Arrow-3”ü Almaniyaya 3,5 milyard dollara satıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + sixteen =