İranın kosmosa buraxdığı ilk hərbi peykin mövcud fəaliyyəti haqda yeni məlumatlar verilib (VİDEO)
İranın kosmosa buraxdığı Nur adlı ilk hərbi peyki barədə yeni açıqlamalar verilib.
İran Hava Qüvvələri kosmik komandiri Əli Cəfərabadi ölkənin 22 aprel 2020-ci ildə buraxdığı və müvəffəqiyyətlə orbitə çıxardığını açıqladığı “Nur” hərbi peyki ilə əlaqədar açıqlama verib.
“Nur” peykinin hələ də fəaliyyətdə olduğunu bildirən Cəfərabadi “Bu çox məqsədli peykin topladığı məlumatlar dünyadakı stansiyalarımız tərəfindən hər gün alınır”, – deyib.
Əli Cəfərabadi sözügedən peykin son bir ildə dünyanı 6 min dəfə dövr etdiyini söyləyib.
İran İslam Respublikasının ilk hərbi peyki 22 aprel 2020-ci ildə İslam İnqilabının Keşikçilər Korpusu tərəfindən uğurla kosmosa göndərilmişdi.
Salamnews