İranın müdafiə naziri silahın ixracının idxalından daha çox olacağını bildirib

İranın müdafiə naziri silahın ixracının idxalından daha çox olacağını bildirib

“İran silahın satışını alınmasından daha çox həyata keçirəcək.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Əmir Hatəmi deyib.

İranlı nazir bildirib ki, “BMT-nin ölkəyə qarşı silah enbarqosunun bitməsindən sonra silahın satışı üçün yaxşı zəmin yaranıb və hərbi avadanlığın satışı onun alışından daha çox olacaq.”

Ə.Hatəmi bundan öncə silahın alınması ilə bağlı bir sıra ölkələrlə danışıqların aparıldığını bildirib.

Qeyd edək ki, nüvə sazişinin bəndlərinə əsasən İrana qarşı silah enbarqosu ötən gün bitib. ABŞ isə İrandan silah alan və silah satan ölkələri təhdid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 1 =