İranın müdafiə naziri: Tehran-Ankara əməkdaşlığı regiona sabitlik gətirir

İranın müdafiə naziri: Tehran-Ankara əməkdaşlığı regiona sabitlik gətirir

İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək Naziri: Ətraf bölgələrdə sabitlik və təhlükəsizlik İran və Türkiyə üçün prinsipial əhəmiyyət kəsb edir və təcrübə göstərir ki, iki İki ölkə arasında əməkdaşlıq və məsləhətləşmələr regionda balans və sabitliyə səbəb olur.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, Türkiyənin Tehrandakı səfiri “Hicabi Kırlangıç” Tehranda Müdafiə Nazirliyinin qərargahında olub və İran Silahlı Qüvvələrinin müdafiə və dəstək naziri briqada generalı Məhəmməd-Rza Aştiyani ilə görüşüb və söhbət edib.

Görüşdə briqada generalı Aştiyani İran və Türkiyənin mədəni, tarixi və sivilizasiya ortaqlıqlarına təkidlə iki ölkə həmkarlığını bütün region və İslam Dünyası üçün faydalı dəyərləndirib. O, mühüm regional və beynəlxalq məsələlər barədə mövqeyin seçilməsində ahəngdarlığa təkid edib.

İranın müdafiə naziri regiondakı hadisələrə, xüsusilə sionist rejimin cinayətlərinə toxunaraq əlavə edib: İslam dünyası və bütün dünyanın birinci məsələsi Fələstin məsələsidir. Sionist rejim Qəzzədəki hədəflərindən heç birinə qəti surətdə çatmayacaq.

Amerikanın və qəbrlilərin uşaq qatili olan sionist rejimin cinayətlərini himayə etmələri bölgənin təhlkəsizlik şəraitini daha da mürəkkəbləşdirib- deyə, general Aştiyani vurğulayıb.

İran müdafiə naziri daha sonra söyləyib: «Ələqsa Tufanı» əməliyyatı uğurlu və tamamilə fələstinli əməliyyatı kimi öz böyük nailiyyətlərilə sionist rejimin qüdrətinin boş olduğunu  aydın şəkildə göz qabağına qoydu.

Müdafiə naziri İslam hökumətlərinin sionist rejimə qarşı iqtisadi sanksiyalar və enerji və yanacaq ixracının dayandırılması, hava sanksiyaları və bir çox digər əməli tədbirləri vurğulayaraq deyib: Bu ölkələrin, xüsusilə də regionun mühüm dövlətlərinin bu sahədə dini və insani vəzifəsi kimi daha qətiyyətli və koordinasiyalı mövqe tutması mütləq lazımdır.

Briqada generalı Aştiani İran İslam Respublikasının əsas siyasətinin bütün region ölkələrinin  ərazi bütövlüyünü qorumaq olduğunu bildirib və vurğulayıb: Region ölkələrinin siyasi suverenliyinə hörmət edilməlidir və şübhəsiz ki, İran və Türkiyənin iştirakı regionda sabitlik və təhlükəsizliyin yaradılmasında, separatçı hərəkətlərə qarşı mübarizədə faydalı və təsirli ola bilər.

Regionda tarixi və geosiyasi sərhədlərin dəyişdirilməsi regionun təhlükəsizliyi üçün zərərli və dağıdıcı olacaq.-deyə İranın müdafiə naziri bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =