İranın “Musanın Əsası” xaker qrupunun sionist rejimin təhlükəsizlik qurumuna kiberhücumu

İranın “Musanın Əsası” xaker qrupunun sionist rejimin təhlükəsizlik qurumuna kiberhücumu

İranlı hakerlər sionist rejimin mühüm kəşfiyyat qurumlarından birinə sızaraq, çərşənbə günü işğal olunmuş Qüdsdə baş vermiş iki partlayışdan birinin müşahidə kamerası görüntülərini əldə edib və sonra dərc edib.

Mehr xəbər agentliyinin “Sceurity Information Newspaper” saytına istinadən verdiyi məlumata görə, iranlı xakerlər işğal olunmuş Qüdsdə partlayışlar baş verən gün sionist rejimin mühüm kəşfiyyat təşkilatlarından birinin müşahidə kameralarını sındırmağa nail olub, daha sonra onlardan birinin partlayış anında çəkdiyi videonu dərc ediblər.

Sionist hakimiyyət orqanlarının təsdiqinə görə, yayımlanan videolar etibarlıdır və bu kəşfiyyat təşkilatına aiddir və bu kiberhücumun pərdə arxasında “Musanın Əsası” kimi tanınan xaker qrupu dayanıb.

Bu qrup farsca yayımladığı tvitin bir hissəsində işğalçı Qüds rejiminə müraciət edərək “artıq sülhün rəngini görməyəcəksiniz” yazıb.

Bir neçə məlumatlı mənbənin bildirdiyinə görə, “Musanın Əsası” xaker qrupu bu videonu işğal olunmuş Qüds və Tel-Əvivdə quraşdırılmış müşahidə kameralarından oğurlayaraq yayımlayıb.

Ötən çərşənbə günü işğal olunmuş Qüdsdə avtovağzallarda iki güclü partlayış baş vermiş, nəticədə bir sionist həlak olmuş, 47-dən çox insan yaralanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =