İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb

İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb

Ukrayna Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar çağırıb.

Bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Belə ki, İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzəgara Rusiyanın ballistik raketlərlə təmin edilməsi barədə məlumatın təsdiqlənəcəyi təqdirdə nəticələr barədə sərt xəbərdarlıq edilib. İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlardan Ukrayna tərəfinin dərin narahatlığı ifadə edilib.

Xatırladaq ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Rusiya İrandan qısamənzilli ballistik raketlər alıb. İran BMT-də Rusiyaya raket ötürülməsini təkzib edib. Lakin daha sonra İran deputatı Əhməd Bəxşayeş Ərdestani Tehranın Rusiyaya raket verdiyini təsdiqləyib. O qeyd edib ki, bu, barter müqaviləsinin bir hissəsi olub. Sövdələşmənin digər hissəsi dronların tədarüküdür. Bu gün Aİ-də bildirilib ki, İranın Rusiyaya ballistik raketlər tədarük etdiyini təsdiqləyən kəşfiyyat məlumatları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =