İranın neft ixracı kəskin artdı: 5 ilin maksimumu…

İrandan xam neft və qaz kondensatının ixracı may ayında günlük 1,7 milyon barrelə yüksəlib və 2019-cu ilin mayında ABŞ-ın tam sanksiyalarının tətbiqindən bəri son 5 ilin ən yüksək səviyyəsinə çatıb.
Bu barədə “İran Tuday” məlumat yayıb.
İranın gömrük statistikasına əsasən, cari maliyyə ilinin (martın 21-də başlayan) ilk üç ayı ərzində neft gəlirləri 34,8% artaraq 12 milyard dollara çatıb.
“Kpler” analitik şirkətinin məlumatına görə, İran 2023-cü ilin yazında gündə 1,194 milyon barrel xam neft və qaz kondensatı ixrac edib.
2024-cü ilin ikinci rübündə ölkənin neft ixracı 30% artıb.