İranın nüvə danışıqları Qətər və ABŞ xarici işlər nazirləri arasında müzakirə olunub

İranın nüvə danışıqları Qətər və ABŞ xarici işlər nazirləri arasında müzakirə olunub

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani amerikalı həmkarı ilə görüşündə regional hadisələri və İranla nüvə danışıqlarını, eləcə də Əfqanıstan məsələsini nəzərdən keçirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani amerikalı həmkarı Entoni Blinkenlə görüşündə regional hadisələr və İranla nüvə danışıqları, eləcə də Əfqanıstan məsələsini müzakirə edib.

Əl-Cəzirə xəbər verir ki, Qətərin xarici işlər naziri ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Kambocada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Birliyinin Xarici İşlər Nazirlərinin toplantısı çərçivəsində görüşüb.

Qətərin xarici işlər naziri bu görüşlə bağlı verdiyi açıqlamada, Blinkenlə ikitərəfli əlaqələri və İranın nüvə razılaşması və Əfqanıstandakı vəziyyəti müzakirə etdiyini bildirib.

O, əlavə edib: Qlobal hadisələr ABŞ və Qətər arasında, xüsusən də regionla əlaqəli məsələlərlə bağlı məsləhətləşmələr tələb edir. Danışıqlarımız regionun təhlükəsizliyi üçün çox vacibdir.

Digər tərəfdən, Blinken deyib: Mən Qətərin xarici işlər naziri ilə Əfqanıstan və İran da daxil olmaqla regional və beynəlxalq məsələlər barədə məsləhətləşdim.

O əlavə edib: Bu danışıqlar ABŞ və Qətər arasında güclü tərəfdaşlığın əlamətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − fourteen =