İranın Qəzvin əyalətində iki qatar toqquşub, yaralananlar var

İranın Qəzvin əyalətində iki qatar toqquşub, yaralananlar var

Ötən gecə İranın Qəzvin əyalətinin ərazisində iki qatarın toqquşması nəticəsində 20 nəfər yaralanıb və xəsarət alıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Qəzvinin Fövqəladə Hallar İdarəsi məlumat verib.

Bildirilib ki, ötən axşam Rəştdən Məşhədə gedən sərnişin qatarı Takestan rayonunda stansiyaların birində dayanmış yük qatarı ilə toqquşub. Nəticədə qatarlardan biri relsdən çıxıb.

Bu hadisə nəticəsində 20 nəfər yaralanıb və xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə səbəb, stansiyada dəmir yolu xəttinin relslərini tənzimləyən şəxslərin səhvi olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 11 =