İranın qadınlardan ibarət milli komandası dünya xilasediciləri yarışında ikinci olub

Ölkəmizin qadın xilasedicilərdən ibarət milli komandası Avstraliyada keçirilən dünya çempionatında 4×90 metrlik sahil xilasetmə kateqoriyasında gümüş medal qazanıb.
Avstraliyanın “Gold Coast” şəhərində keçirilən dünya xilasediciləri çempionatında ölkəmizin qadınlardan ibarət milli komandası 4×90 metr məsafədə sahil xilasetmə yarışında İspaniya, Avstraliya, Misir, İngiltərə, Yeni Zelandiya, Fransa və Kanadanın güclü komandaları ilə mübarizə apararaq ikinci yeri tutaraq gümüş medal qazanıb.