İranın raket hücumundan sonra İsraildən qaçmaq bahalaşdı
İranın raket cavabından sonra Avropa şirkətlərinin İsrailə reyslərini ləğv etməsi ilə uçuş biletləri bahalaşıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin son günlər Livan müqavimətinə ağır hücumları, o cümlədən Hizbullah baş katibi Seyid Həsən Nəsrullahın terroruna baxmayaraq, müharibənin şiddətlənməsi qorxusu və uçuş tələbi artdıqca, xarici hava yolları İsraildən hər zamankindən daha çox uzaqlaşır.
Məlumata görə tətil və istirahət bəhanələri ilə İsraildən çıxış üçün bilet tələbi dəfələrlə artıb. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi və Avropa Komissiyasının bu həftənin əvvəlində İsrailə uçuşların dayandırılması ilə sionist rejimin yerli aviasiya sənayesini sarsıtdı.