İranın Tehran və İsfahan şəhərləri koronavirus təhlükəsilə bağlı təsnifata görə “qırmızı bölgə” adlandırılıblar

İranın Tehran və İsfahan şəhərləri koronavirus təhlükəsilə bağlı təsnifata görə “qırmızı bölgə” adlandırılıblar

 İranda koronavirusun dördüncü dalğasının başladığı zamanda ölkənin paytaxtı və ikinci böyük şəhəri İsfahan da “qırmızı bölgə” adlandırılıb.

Bu barədə İranın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, artıq bu gündən koronavirusun təhlükəsilə bağlı təsnifata görə Tehran və İsfahan da “qırmızı bölgələr”in sırasına daxil olub.

İranda Koronavirusla mübarizə mərkəzinin qərarına görə “qırmızı bölgə” adlandırılan şəhərlərdə zəruri işlər istisna olmaqla bütün iş yerləri bağlanılmalıdır.

Məlumata görə İranda son sutkada 172 nəfərin koronavirusdan ölümü qeydə alınıb. 

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =