İranın terrora məruz qalan nüvə aliminin dəfn mərasimi keçirilib

İranın terrora məruz qalan nüvə aliminin dəfn mərasimi keçirilib

İranın terrora məruz qalan nüvə alimi, ölkənin Müdafiə Nazirliyinin Tədqiqatlar və İnnovasiyalar Təşkilatının sədri Möhsün Fəxrizadəyə bu gün Tehranda dəfn mərasimi keçirilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Möhsün Fəxrizadənin nəşinə Qum və Məşhəd şəhərlərində imamların və imamzadələrin məqbərələrində dəfn mərasimi keçirildikdən sonra bu gün Tehranda rəsmi qurum nümayəndələrinin iştiarkı ilə də dəfn mərasimi keçirilib.

Nüvə aliminin dəfn mərasiminə ölkənin Müdafiə naziri, Sepah komandanı və sair siyasi və hərbi rəsmilər qatılıblar.

Bu mərasim zamanı İranın müdafiə naziri çıxış edib və nüvə aliminin intiqamının sərt olacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 8 =