İranın xarici işlər naziri sabah Azərbaycana gələcək

İranın xarici işlər naziri sabah Azərbaycana gələcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sabah Azərbaycana gələcək.

BAKU.WS xəbər verir ki, bu barədə report-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + sixteen =