İranın XİN başçısı: “Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı çox ciddi şəkildə araşdırılır”

İranın XİN başçısı: “Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı çox ciddi şəkildə araşdırılır”

Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmanın gedişatını müzakirə edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə müzakirələr Hüseyn Əmir Abdullahiyanın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 11 =