İranın yeni arzusu: Bu ölkələrlə qaz habı qurmaq istəyir
Publika.az xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.
“33 trilyon kubmetr çıxarıla bilən qaz ehtiyatına malik olan İran bu resursa görə dünyada ikinci yerdədir… Biz Rusiya, Türkmənistan və Qətərin köməyi ilə Fars körfəzini və Asaluyu qaz habına çevirməyə çalışırıq” – nazir bildirib.
O, layihənin təfərrüatlarını açıqlamayıb, sadəcə qeyd edib ki, hazırda lazımi hazırlıqlar gedir və proqramın icrası ilə bağlı plan hazırlanır.
Publika.az