İranın yeni prezidenti ilk xarici səfərini İraqa edəcək

İranın yeni prezidenti ilk xarici səfərini İraqa edəcək

Məsud Pezeşkianın İranın Prezidenti seçiləndən sonra səfər edəcəyi ilk ölkə məlum olub.

Məsud Pezeşkian İran Prezidenti vəzifəsinə təsdiq olunduqdan sonra ilk xarici səfərinin istiqaməti kimi İraqı seçib.

Məlumata görə, Məsud Pezeşkian bu səfəri iraqlı həmkarı Əbdüllətif Camal Rəşidinin dəvətinə cavab olaraq və BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yollanmazdan öncə həyata keçirəcək.

Qeyd olunub ki, prezidentin səfəri İran-İraq əlaqələrinin əhəmiyyətini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + three =