İranın yeni Prezidenti torpaqların azad olunması münasibətilə İlham Əliyevi təbrik edib

İranın yeni Prezidenti torpaqların azad olunması münasibətilə İlham Əliyevi təbrik edib

Bakı, 15 iyul, SalamNews, B.Samid. İbrahim Rəisi Azərbaycan Respublikasının prezidentinin təbrik məktubuna cavab verib.

SalamNews xəbər verir ki, İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi İlham Əliyevə bundan öncəki təbrikinə görə təşəkkür edib.

İbrahim Rəisi prezident İlham Əliyevdən səmimi təbrik məktubu almasından məmnunluq ifadə edərək bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə prezident Əliyevi təbrik edib.

İranın yeni seçilmiş prezidenti bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 7 =